
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü həftəsində sabah "Fənərbaxça"nın qonağı olacaq Hollandiyanın "Alkmaar" komandası çətin dövr yaşayır.
Apasport.az xəbər verir ki, ötən mövsüm Eredivizionu 4-cü yerdə başa vuran "Alkmaar" üçün bu mövsüm heç də yaxşı getmir.
Mövsümə yaxşı başlayan Hollandiya təmsilçisi ardıcıl zədələrin təsirindən çöküş dövrü yaşayır.
"Alkmaar"ın 7 futbolçusu "Fənərbaxça" ilə görüşü buraxacaq.
Avropa Liqasında son qələbəsini sentyabrın 25-də “Elfsborq”a qarşı keçirən “qırmızı-ağlar” daha sonra oynadıqları 7 rəsmi matçda 1 heç-heçə və 6 məğlubiyyətlə "dibə vurub".