“Fiorentina” həm müddəti, həm maaşı artırdı
26.09.2023 - 21:17

“Fiorentina” Nikolas Qonsaleslə müqaviləni yeniləyib.
Apasport.az-ın məlumatına görə, yeni razılaşma 2028-ci il iyunun sonunadək nəzərdə tutulub.
Yeni razılaşmada argentinalı yarımmüdafiəçi məvacibi artırılsa da, dəqiq rəqəm açıqlanmayıb. Nikolasla “Fiorentina” arasındakı əvvəlki müqavilə 2026-cı ilədək nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Qonsales 2022/23 mövsümündə “bənövşəyilər”in ən yaxşılarından biri olmuşdu. O, 42 oyunda 13 qol və 4 ötürmə ilə yadda qalmışdı.
0
0