Gənc futbolçu ilə 9 illik müqavilə imzalanıb
13.08.2024 - 19:37

"Çelsi" gənc futbolçusu ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, Premyer Liqa klubu Kol Palmerlə yeni 9 illik müqavilə imzalayıb.
22 yaşlı futbolçunun transfer hüququ 2033-cü ilə qədər "zadəganlara" məxsus olacaq.
Qeyd edək ki, Palmer ötən mövsüm klubunda 45 oyun keçirib, 25 qol, 15 asistə imza atıb.
0
0