Ronaldodan yalan detektoru testinə cavab
04.09.2023 - 22:33

Kriştiano Ronaldo maraqlı bir sorğu ilə üzləşib.
Apasport.az saytı xəbər verir ki, portuqaliyalı “superulduz” yalan detektoru testindən keçib.
Karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubunda davam etdirən 38 yaşlı forvarddan Çempionlar Liqasındakı 5 qələbəsinin hamısını dünya çempionatındakı qələbəsi ilə əvəz edib-etmək istəmədiyi soruşulub.
Kriştiano suala "xeyr" cavabını verib. Futbolçunun bu cavabı bir çox izləyicisi üçün gözlənilməz olub. Maraqlıdır ki, yalan detektoru Ronaldonun cavabının doğru olduğunu göstərib.
0
0