“Gözəlçə” “Mançester Yunayted”lə görüşdü
25.07.2023 - 01:39

Məşhur Hollivud ulduzu Culiya Roberts növbəti dəfə futbol sevgisini büruzə verib.
Apasport.az saytının məlumatına görə, daha çox “Gözəlçə” filmindəki rolu ilə tanınan aktrisa “Mançester Yunayted”lə “Arsenal”ın ABŞ-dakı yoxlama oyununu izləyib.
O, matçdan sonra “qırmızı şeytanlar”ın baş məşqçisi Erik Ten Haq və futbolçuları ilə görüşüb. Culiyaya “Mançester Yunayted”in üzərində onun soyadı yazılan 1 nömrəli forma hədiyyə olunub.
Qeyd edək ki, şəhərin digər təmsilçisi “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da Robertsin pərəstişkarıdır.
0
0