
İngiltərə Premyer Liqasının 8-ci turu “Kristal Pelas”ın baş məşqçisi Roy Hocson üçün əlamətdar olub.
Apasport.az saytı xəbər verir, ki 74 yaşlı mütəxəssis çempionatda 400-cü dəfə baaş məşqçi kimi meydanda çıxıb.
“Nottingem Forest”lə keçirilən qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Roy Hocson karyerası ərzində İngiltərədə “Bristol Rovers”, “Blekbern”, “Fulhem”, “Liverpul”, “Vest Bromviç” və “Uotford”a başçılıq edib. Bundan başqa, təcrübəli mütəxəssis 2012-2016-cı illərdə ölkə yığmasında fəaliyyət göstərib.
Qeyd edək ki, “Kristal Pelas” 12 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.