İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
07.05.2024 - 17:58

İngiltərə Premyer Liqasında çıxış edən “Nottingem Forest”in 4 xalı silinib.
Apasport.az xəbər verir ki, buna komandanın maliyyə feyr-pley qaydalarına əməl etməməsi səbəb olub.
Qərardan apellyasiya şikayəti verən klub rəhbərliyinin etirazı qəbul edilməyib.
Daha əvvəl eyni səbəbdən “Everton”un aktivindən 10 xal silinsə də, Liverpul təmsilçisinin etirazından sonra 4 xal geri qaytarılmışdı.
Qeyd edək ki, hazırda “Nottingem Forest” 29 xalla 17-ci pillədə qərarlaşıb.
0
0