“Beşiktaş”dan 3 milyonluq təklif
07.01.2023 - 17:59

Türkiyənin “Beşiktaş” klubu braziliyalı müdafiəçi ilə güclənə bilər.
Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliya “Braqa”sından Vitor Tormenanı almaq istəyir.
“Qara qartal”lar 27 yaşlı müdafiəçinin transferi üçün qarşı tərəfə 3 milyon avro təklif edib.
Danışıqlar davam etsə də, portuqaliyalılar futbolçunu daha yüksək məbləğə satmağa çalışırlar.
Qeyd edək ki, “Braqa” Tormenanı 2021-ci ildə 700 min avroya “Jil Visente”dən alıb. Braziliyalı müdafiəçi bu mövsüm 19 oyunda iştirak edərək, 1 qol vurub.
0
0