“İnter” onunla müqaviləni uzadır
28.07.2022 - 00:23

“İnter” futbolçusu Stefan de Vreylə yeni müqavilə imzalayacaq.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu və niderlandlı müdafiəçi arasında danışıqlar başlayıb.
30 yaşlı futbolçunun indiki anlaşması 2023-cü ilin yayında başa çatacaq. Yeni anlaşmanın şərtlərini müzakirə edən tərəflər mövsümün startından sonra müqaviləni rəsmiləşdirəcək.
De Vrey “Çelsi”nin maraq dairəsində olsa da, Milanda qalmağa üstünlük verib. O, 2018-ci ildən indiki klubunda forma geyinir.
Qeyd edək ki, ötən mövsüm 41 matça çıxan futbolçu 1 qol vurub.
0
0