
"İnter" Lautaro Martinezlə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.
Apasport.az xəbər verir ki, bu haqda “neradzurri”nin baş direktoru Cüzeppe Marotta məlumat verib.
Klub funksioneri 26 yaşlı argentinalının yeni müqaviləsi ilə bağlı danışıqların müsbət yöndə irəlilədiyini vurğulayıb: “Çox sakitik, gedişat tam olaraq bizi qane edir. Lautaro "İnter"də oynamağa davam etmək istədiyi üçün yeni anlaşmanın ən qısa zamanda imzalanacağına inanıram”.
Qeyd edək ki. Argentina millisinin də şərəfini qoruyan Martinez 2018-ci ildən Milan təmsilçisinin şərəfini qoruyur. Klubla razılaşması 2026-cı ilin yayında başa çatacaq olan futbolçu bu mövsüm 17 matçda aktivinə 15 qol və 2 məhsuldar ötürmə yazdırıb.
- Cavad Ağayev: “Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm”
- Cəfərov millimizin AÇ-də "qızıl" həsrətinə son qoydu
- Kamal Bayramov: “Fərqi yoxdur, qarşımızda "Neftçi"dir, ya başqası, bizə xallar lazımdır”
- Minifutbol çempionatında XI turun təqivimi bəlli olub
- Elçin Məmmədov "Fənərbaxça"nın avrokubok matçına təyinat alıb