İnyesta və Krkiç 2-ci Liqadan komanda alırlar
05.04.2024 - 15:18

"Barselona"nın keçmiş ulduzları Andres İnyesta və Boyan Krkiçin Danimarka 2-ci Liqa komandası "Helsingör"ü almaq üçün danışıqlar apardıqları bildirilib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Danimarka klubunun rəsmiləri ilə danışıqlar yüksək mərhələyə çatıb.
İkilinin klubun təqribən 85%-i alacağı, qalan 15 %-i isə komandanın hazırkı sahibi Bo Bay Houqardın əlində saxlayacağı iddia edilib.
Qeyd edək ki, hər iki futbolçu 2007/11-ci illərdə "Barselona"nın əsas heyətində komanda yoldaşı olublar.
0
0