İsveç millisinə yeni baş məşqçi təyin edildi
27.02.2024 - 17:29

İsveç yığmasının yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibinə Yon Dal Tomasson rəhbərlik edəcək.
İsveçlilərin Dahl Tomassonun rəhbərliyi altında ilk rəsmi oyunu C Liqasında Azərbaycana qarşı olacaq. İsveç yığması sentyabrın 5-də danimarkalı mütəxəssisin rəhbərliyi altında Bakıda millimizlə qarşılaşacaq.
Tomassonla anlaşma DÇ-2026-nın seçmə mərhələsinin sonuna kimi nəzərdə tutulub. O, bir neçə həftə əvvəl “Blekbern”in baş məşqçisi vəzifəsindən istefa verib.
0
0