İtaliya millisinin sabiq qapıçısı idman direktoru olub
25.07.2024 - 12:20

İtaliyalı keçmiş qapıçı Canluici Buffona yeni iş verilib.
Apasport.az xəbər verir ki, sabiq qolkiper İtaliyanın əsas və gənc milli komandalarının idman direktoru olacaq.
46 yaşlı mütəxəssis Avro-2024-də İtaliya yığmasının məşqçilər heyətində yer alırdı.
Qolkiper karyerası ərzində “Parma”, “Yuventus” və PSJ-də çıxış edib.
0
0