Jorjinyoya ərəblərdən təklif
21.11.2023 - 09:32

Səudiyyə Ərəbistanı klubları daha bir ulduz futbolçunu transfer etmək istəyir.
Apasport.az xəbər verir ki, adı açıqlanmayan ərəb klubu “Arsenal”ın 31 yaşlı yarımmüdafiəçisi ilə danışıqlara başlayıb.
İtaliya millisinin üzvünün müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Lakin “topçular” onunla anlaşmanı uzatmaq hüququna malikdir.
Qeyd edək ki, Jorjinyo cari mövsümün 15 oyununda meydana çıxıb.
0
0