“Kamp Nou"da fəhlələr arasında dava düşüb
11.10.2024 - 23:24

İspaniyanın "Barselona" klubunun “Kamp Nou” stadionunun tikintisində işləyən fəhlələr arasında dava düşüb.
Apasport.az xəbər verir ki, hadisə işçi qrupları arasında baş verib.
20 nəfərin qarışdığı davada 6 nəfər yüngül xəsarət alıb. İnsidentdə iştirak edən bütün işçilər tikintidən qovulub.
Qeyd edək ki, La Liqada 2022/2023 mövsümü başa çatdıqdan sonra "Kamp Nou" arenası təmirə bağlanıb. Yenidənqurma işlərinin 2026-cı ildə başa çatması gözlənilir.
0
0