Kanada millisinə yeni baş məşqçi təyin edilib
14.05.2024 - 11:16

Mentor Cessi Marş Kanada millisinin yeni çalışdırıcısı təyin edilib.
Apasport.az xəbər verir ki, 50 yaşlı mütəxəssisin təyinatını millinin mətbuat xidməti açıqlayıb.
Amerikalının müqaviləsi 2026-cı il dünya çempionatının sonuna qədər davam edəcək.
Cessi bundan öncə "Lids"i çalışdırırdı. Əvvəllər o, Almaniyanın "Leypsiq" və Avstriyanın "Zalsburq" komandalarında işləyib.
0
0