Kepa “Çelsi”yə qayıtmaq istəmir
11.10.2023 - 16:17

“Real”ın “Çelsi”dən icarəyə götürdüyü Kepa Arrisabalaqanın gələcək karyerası ilə bağlı arzusu bəlli olub.
Apasport.az xəbər verir ki, ispaniyalı qapıçı Madrid klubunda qalmaq istəyir.
Bunu futbolçunun özü açıqlayıb. O bildirib ki, İngiltərə klubundan “Real”a transfer olunmaq arzusundadır.
Qeyd edək ki, Kepa cari mövsümün sonunadək icarəyə götürülüb. O, “Real”da keçirdiyi 9 oyunda 7 top buraxıb.
0
0