Keyn "Bavariya"nın heyətində 43 oyunda 43 qol vurub
01.05.2024 - 09:56

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Bayern" və "Real Madrid" üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, Münhendə keçirilən qarşılaşma məhsuldar bərabərliklə başa çatıb.
Azarkeşlər qarşılaşmada 4 qol izləyiblər. Onlardan birini "Bayern"in ingilis bombardiri Herri Keyn vurub.
Məlum olub ki, bu, onun ötən yay Almaniyaya köçdükdən sonra Münhen klubunda vurduğu 43-cü qolu olub. O, bu uğura cəmi 43 matçda çatıb.
Qeyd edək ki, "Bayern" və "Real Madrid" arasında cavab oyunu bir həftə sonra Madriddə baş tutacaq.
0
0