Kinqsli Koman "PSJ" yolunda
06.08.2024 - 21:29

"Bavariya"nın ulduzu Kinqsli Koman komandasını dəyişməyə yaxındır.
Apasport.az xəbər verir ki, Almaniya təmsilçisi Liqa 1 klubu "PSJ" ilə razılığa yaxındır.
Komanın xidmətində maraqlı olan klublar arasında Türkiyə nəhəngi "Fənərbaxça" da var idi. Lakin futbolçu karyerasını Türkiyədə davam etdirmək istəmədiyini bildirib.
Qeyd edək ki, "Bavariya"da 9 mövsüm oynayan fransız futbolçu 294 matçda 63 qol, 66 asistə imza atıb.
0
0