Kloppun hansı komandaya rəhbərlik edə biləcəyi məlum olub
13.04.2024 - 15:52

"Liverpul"un baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda postunu tərk edəcək.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 56 yaşlı mütəxəssis Almaniya millisinin növbəti baş məşqçisi ola bilər.
Klopp milli komandanı 2026-cı il dünya çempionatına hazırlamaq üçün 2025-ci ildə komandanın "sükanı arxası"na təyin oluna bilər.
Qeyd edək ki, azırda Almaniya millisinin baş məşqçisi Yulyan Naqelsmandır. Son vaxtlar mətbuatda mütəxəssisin “Bavariya”ya qayıdacağı ilə bağlı şayiələr yayılıb.
0
0