“Komo” Tottiyə təklif göndərdi
29.10.2024 - 21:34

48 yaşlı Totti karyerasını bərpa etməyə yaxındır.
Apasport.az xəbər verir ki, o, bununla bağlı zarafat etmədiyini bir daha təsdiqləyib.
Hücumçu açıqlamasında ciddi olduğunu söyləyib: "Bu zarafat deyil, tamamilə ciddiyəm. Artıq bir neçə komanda mənə müraciət edib, amma ağlım artıq cavabı bilir".
İtaliya mətbuatının yazdığına görə, Tottiyə “Komo”dan təklif gəlib. Futbolçu karyerasını orda davam etdirməyə yaxındır.
0
0