Kroos karyerasını “Real”da bitirəcək
27.09.2022 - 22:05

Toni Kroosun gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, almaniyalı “Real” karyerasını davam etdirəcək.
Toni İspaniya təmsilçisi ilə yeni müqavilə imzalamağa razılıq verib. Anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Kroos 2024-cü ildə karyerasını “Real”ın futbolçusu kimi başa vurmaq niyyətindədir. Onun indiki sözləşməsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, yarımmüdafiəçi 2014-cü ildə “Bavariya”dan 25 milyona transfer edib.
0
0