Kvaratsxeliya rəsmən PSJ-də
18.01.2025 - 01:13

Fransa Liqa 1 komandalarından PSJ “Napoli”dən Xviça Kvaratsxeliyanın transferini rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gürcü futbolçu Fransa təmsilçisi ilə 2029-cu ilə qədər müqaviləyə imza atıb. 24 yaşlı oyunçu illik 11 milyon avro qazanacaq.
Qeyd edək ki, Xviça PSJ-yə 75 milyon avro müqabilində transfer olunub.
0
0