Kyellini yeni klubu ilə müqavilə imzaladı
26.05.2022 - 11:04

“Yuventus”dan ayrılan Corco Kyellininin yeni klubu bəlli olub.
Apasport.az saytının məlumatına görə, italiyalı müdafiəçi “Los-Anceles”lə müqavilə imzalayıb.
Kyellini MLS klubuna azad agent kimi keçib. Onun anlaşması 2023-cü ilədək nəzərdə tutulub.
Qeyd edək ki, 38 yaşlı müdafiəçi bunadək 18 il “Yuventus”un şərəfini qoruyub.
0
0