Ronaldonun oğlu Mahd Akademiyasında məşqlərə başladı
24.01.2023 - 14:01

Portuqaliyalı superulduz Kriştiano Ronaldonun oğlu Səudiyyə Ərəbistanında məşqlərə başlayıb.
Apasport.az saytı xəbər verir ki, 12 yaşlı futbolçu Əl-Riyadda milli idman mərkəzi olan Mahd Akademiyasına yazılıb.
Kiçik Ronaldonun oyunu məşqçilər korpusunu o qədər heyran edib ki, o, özündən iki yaş böyüklərin yer aldığı qrupa keçirilib.
Qeyd edək ki, Kriştiano Ronaldo 2022-ci ilin sonunda "Əl-Nəsr"ə keçib. 37 yaşlı hücumçunun ərəblərlə 2,5 illik müqaviləsi var.
0
0