La Liqa klubları uğursuzluqla üzləşiblər
03.10.2024 - 12:50

Çempionlar Liqasının Liqa mərhələsinin II turunun oyunları başa çatıb.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçilərindən “Real Madrid” "Lill"ə (1:0), "Atletiko Madrid" "Benfika"ya (4:0) səfərdə məğlub olublar.
"Jirona" isə evdə Hollandiyanın “Feyenoord” klubunu qəbul edib. Matç qonaqların qələbəsi ilə başa çatıb - 2:3.
Beləliklə, bu mərhələ Çempionlar Liqası tarixində 3 İspaniya klubunun birdən uduzduğu ilk gün olub. 1992-ci ildən bəri turnirin tarixində belə hal olmayıb.
0
0