"Latsio" baş məşqçisini istefaya göndərə bilər
01.03.2024 - 11:46

"Latsio"nun baş məşqçisi Mauritsio Sarri istefaya göndərilə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, qeyri-qənaətbəxş nəticələrə görə klub cari mövsümün sonunda Mauritsio ilə yollarını ayıra bilər.
Klub rəhbərliyi hələlik gələcək mütəxəssislə bağlı yekun qərar verməyib.
Sarri 2021-ci ilin yayından Roma təmsilçisinin baş məşqçisidir. İtaliya çempionatının 26 turunun nəticələrinə əsasən, "qartallar" 40 xal toplayıb və turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.
0
0