“Leççe”nin üzvü “Yunayted”də - rəsmi
02.02.2025 - 18:06

“Mançester Yunayted” Patrik Dorqunun transferi üçün “Leççe” ilə razılığa gəlib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, “qırmızı şeytanlar” futbolçu üçün 30+5 milyon avro ödəməli olacaq.
Dorqu yeni komandası ilə 5 illik müqavilə imzalayıb.
Futbolçu İngiltərə təmsilçisinin heyətində "13" nömrəli forma altında oynayacaq.
Qeyd edək ki, “Leççe”nin yerirməsi olan 20 yaşlı futbolçu cari mövsümdə çıxış etdiyi 23 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0