"Lion" borcunu ödəmir
26.12.2023 - 18:46

Fabio Qrosso "Lion"dan təzminat tələb edir.
Apasport.az xəbər verir ki, o, müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün 2 milyon avroya yaxın pul istəyir.
Fransa klubunun 2,5 ay sükanı arxasında olan 46 yaşlı italiyalı mütəxəssis komanda rəhbərliyindən ona və komandasına verilməli olan təzminatın 2 milyon avroya yaxın olduğunu iddia edir. Hələlik klubdan Qrossonun sorğusuna cavab verilməyib.
Qeyd edək ki, “Lion”u 7 matçda meydana çıxaran Fabio Qrosso bu matçların yalnız birində qalib gələ bilib.
0
0