
İngiltərə Premyer Liqa təmsilçilərindən "Liverpul"da mövsümün sonunda bəzi ayrılıqlar gözlənilir.
Apasport.az xəbər verir ki, bu barədə Mersisayd klubu rəsmi sosial media hesablarından məlumat verib.
Belə ki, Joel Matip və Tyaqo Alkantara klubla yollarını ayırmaq üzrədir.
Matip 8 illik "Liverpul" karyerasından sonra yayda azad agent olacaq. Kamerunlu müdafiəçi "qırmızılar"da 201 oyuna çıxıb. O, klubla 1 dəfə Çempionlar Liqası və 1 dəfə Premyer Liqa qalibi olub.
4 il qırmızıların formasını geyinən Tyaqo isə bu illər ərzində zədələr səbəbilə cəmi 62 matçda forma geyinib və 2 qol vurub.
- "Əl Nəsr" Pioli ilə razılaşıb
- Kristian Avram: "Araz-Naxçıvan" rəqibdən asılı olmayaraq həmişə qələbəyə köklənir" - Müsahibə
- “İnter Mayami”: Messinin transfer edəcəyimizə əminik
- Qələbələrini Azərbaycana həsr edən türk idmançılar səfirliyimizdə - FOTO
- Qurban Qurbanov: "O günləri yaddan çıxarmırıq" - MÜSAHİBƏ