Mahir oynadı, komandası qələbə qazandı
20.01.2025 - 02:15

Almaniya 2-ci Bundesliqasında XVIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, “Nürnberq” “Karlşur” ilə qarşılaşıb.
Bu görüşdə Mahir Emrelinin komandası 2:1 hesabı ilə qalib gəlib.
Meydana start heyətində çıxmış millimizin üzvü 72-ci dəqiqədə əvəzlənib.
O, ilk hissədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki,“Nürnberq” 25 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
0
0