Mahirin komandasının matçında qalmaqal - 3 polis yaralandı
05.04.2024 - 10:55

Xorvatiya kubokunun yarımfinalında Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su "Hayduk"la üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, matç 1:0 "Dinamo"nun qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın nəticəsindən narazı qalan "Hayduk" azarkeşləri qalmaqala səbəb olub. Narazı qrup rəqib azarkeşlərin olduğu tribunalara keçmək istəyib. Hadisəyə polis əməkdaşları müdaxilə ediblər. Nəticədə 3 polis yaralanıb.
Yaşananlara görə 50-dən çox azarkeş saxlanılıb.
0
0