Mahrez “Əl-Əhli”nin maraq dairəsində
14.07.2023 - 01:54

“Mançester Siti”nin ulduzu Riyad Mahrez də Səudiyyə Ərəbistanından təklif alıb.
Apasport.az saytı xəbər verir ki, “Əl-Əhli” əlcəzairli futbolçunu transfer etmək istəyir.
Ərəbistan klubu Mançester təmsilçisinə 35 milyon avro təklif edib. Futbolçu isə illik 25 milyon avro qazana bilər. Mahrezin “Mançester Siti” ilə 2025-ci il iyunun sonunadək müqaviləsi var və komandanın bu təklifə hansı cavabı verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, “Əl-Əhli” qapıçı Eduard Mendi və hücumçu Roberto Firminyonu heyətinə cəlb edib.
0
0