MakTominey "Napoli"yə transfer olub
30.08.2024 - 22:45

Adı Türkiyənin "Qalatasaray" və "Fənərbaxça" klubları ilə də gündəmə gələn Skott MakTomineyin yeni ünvanı rəsmiləşib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi İtaliyanın "Napoli" klubu ilə müqavilə imzalayıb.
Müqavilənin müddəti 2028-ci ilə qədərdir. "Mançester Yunayted" MakTominey transferindən 30.5 milyon avro qazanıb.
Qeyd edək ki, futbolçunun Türkiyəyə getməməsinin səbəbi "qırmızı şeytanların" 30 milyon avrodan aşağı düşməməsidir.
0
0