"Mançester Siti" Fillipsin icarəsi üçün 6 milyon istəyir
03.01.2024 - 18:18

"Mançester Siti" yarımmüdafiəçisi Kalvin Fillipsin icarə qiymətini açıqlayıb.
Apasport.az xəbər verir ki, "şəhərlilər" 28 yaşlı ingiltərəlini mövsümün sonuna qədər icarə verərək 6 milyon avro qazanmaq istəyir. Sövdələşməyə satın alma öhdəliyini də daxil edir.
Futbolçu "Mançester Siti"dəki oyun müddətindən narazıdır və qışda klubu tərk etmək istəyir.
Qeyd edək ki, "Yuventus" Fillipsə maraq göstərirdi.
0
0