“Mançester Siti” “Mançester Yunayted”in rekordunu qırdı
23.10.2023 - 13:57

“Mançester Siti”dən yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, Pep Qvardiolanın komandası 21 oyundur öz meydanında məğlub olmur.
“Şəhərlilər” Premyer Liqanın IX turu çərçivəsində “Brayton”la “Etihad” stadionunda keçirilən qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib. Bununla da mançesterlilər ev oyunlarındakı məğlubiyyətsizlik seriyasını 21-ə çatdırıb.
Qeyd edək ki, Qvardiolanın komandası 20 oyunluq məğlubiyyətsizlik seriyasına malik “Mançester Yunayted”in rekordunu yeniləyib.
0
0