"Mançester Siti" mövsümə kubokla başlayıb
10.08.2024 - 21:32

İngiltərənin "Mançester Siti" klubu mövsümə kubokla başlayıb.
Apasport.az xəbər verir ki, "şəhərlilər" "FA Community Shield" kubokunun finalında əzəli rəqibi "qırmızı şeytanlarla" qarşılaşıb.
Uembli stadionunda keçirilən matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 82-ci dəqiqədə Qarnaçonun vurduğu qola 7 dəqiqə sonra Bernardo Silva cavab verib.
Penaltilər seriyasında rəqibindən 7:6 hesabı ilə üstün olan "Mançester Siti" kubokun sahibi olub.
0
0