
"Mançester Siti" yarımmüdafiə xəttini Klaudio Eçeverri ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klubdan verilən açıqlamada 18 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalandığı bildirilib.
"Mançester Siti"dən transferlə bağlı verilən açıqlamada argentinalı futbolçunun keçmiş komandasında 1 mövsüm icarə əsasında çıxış edəcəyi, gələn ilin yanvarında isə "şəhərlilər"in heyətinə keçəcəyi qeyd edilib.
“River Pleyt”in aşağı yaş qrupunda yetişən futbolçu Argentina yığması ilə A komandasında 6 oyun keçirib və 1 məhsuldar ötürmə edib. U-17 millisində 18 oyuna çıxan argentinalı 10 qol ilə yadda qalıb.