“Mançester Siti”də itki
26.07.2023 - 17:09

“Mançester Siti” itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun futbolçusu Natan Ake zədələnib.
Müdafiəçi “Bavariya” ilə bugünkü yoxlama oyununda xəsarət alıb. 25-ci dəqiqədə zədələnən Natan matçı davam etdirə bilməyib. 28 yaşlı futbolçunu Manuel Akanji əvəzləyib.
Qeyd edək ki. Ake ötən mövsümün 41 matçında 3 qol vurub.
0
0