"Mançester Siti"də müqavilə imzalandı
16.03.2023 - 22:19

Xulian Alvares "Mançester Siti" ilə müqaviləsinin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, klub argentinalı hücumçu ilə yeni müqavilə bağladığını açıqlayıb. Yeni müqavilədə müddət 2028-ci ilədəkdir.
Qeyd edək ki, Xulian Alvares bu mövsüm "River Pleyt"dən "Mançester Siti"yə keçib. İngiltərə komandasının heyətində bütün yarışlarda 33 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
0
0