“Mançester Siti”ni Qvardioladan sonra o çalışdıracaq
11.11.2022 - 14:38

“Mançester Siti” rəhbərliyi Pep Qvardioladan sonrakı baş məşqçisini müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssisin gedişindən sonra onu həmyerlisi əvəzləyəcək.
“Şəhərlilər” Qvardiola ilə mövsümün sonuna qədər olan müqavilə müddətini 2025-ci ilin yayınadək uzatmaq niyyətindədir. Ancaq həmin vaxtdan sonra bu posta hazırda “Arsenal”ı çalışdıran Mikel Artetanın təyin olunması planlaşdırılır. Bununla bağlı Arteta da artıq məlumatlandırılıb.
Qeyd edək ki, 2019-cu ildən “Arsenal”ı çalışdıran Mikel Artetanın londonlularla sözləşməsi 2025-ci ilə qədərdir.
0
0