“Mançester Yunayted”də yeni müqavilə
04.02.2023 - 14:15

“Mançester Yunayted” futbolçusu Alexandro Qaranço ilə yeni müqavilə imzalayacaq.
Apasport.az saytının məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın bütün detalları razılaşdırılıb.
Sözləşmə 2028-ci ilədək nəzərdə tutulub. Qarançonun əvvəlki müqaviləsi 2024-cü ilin yayında başa çatmalı idi.
Gənc futbolçu “Real” və “Yuventus”un da maraq dairəsindədir. Bu üzdən klub rəhbərliyi onunla uzunmüddətli anlaşmaya ehtiyac duyub.
Qeyd edək ki, Qaranço mövsümün 20 matçında 2 qol vurub.
0
0