"Mançester Yunayted"dən 4 müqavilə birdən
09.12.2023 - 20:51

"Mançester Yunayted" 4 futbolçusu ilə müqaviləni yeniləməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar”
müdafiəçilər Viktor Lindelof və Aaron Van-Bissaka, yarımmüdafiəçi Hannibal Mejbri və hücumçu Antoni Marsial ilə yeni razılaşma üzərində işləyir.
Komanda rəhbərliyi adıçəkilən futbolçuların 2025-ci ilin yayına kimi Mançester təmsilçisinin şərəfini qorumasını istəyir. Bu barədə “mankunyanlar”ın baş məşqçisi Erik Ten Haq məlumat verib. Niderlandlı mütəxəssis futbolçuların bu təklifə müsbət yanaşdığını bildirib.
0
0