Maquayrın durumuna aydınlıq gəldi
08.10.2024 - 19:24

"Mançester Yunayted"də ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Harri Maquayr zədələnib.
O, Premyer Liqanın 7-ci turunun "Aston Villa" ilə matçında ayaq əzələsindən xəsarət alıb. İngiltərəlinin 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Maquayr 2019-cu ilin yayından "Mançester Yunayted"də çıxış edir.
0
0