Markus Reşforda 5 müştəri
20.12.2024 - 00:50

"Mançester Yunayted"də ayrılıq yaşanmağa yaxındır.
Apasport.az xəbər verir ki, Markus Reşford komandanı tərk etmək üzrədir.
Futbolçunun hazırda Səudiyyə Ərəbistanından təklifləri var. Onunla ölkənin 5 klubu maraqlanır. "Əl-İttihad", "Əl-Hilal", "Əl-Nəsr", "Əl-Əhli" və "Əl-Kadisiya" Reşfordu heyətinə qatmaq niyyətindədir.
Lakin Markus karyerasını Avropada davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, Reşfordun "Mançester Yunayted"lə 2028-ci ilin yayına kimi müqaviləsi var.
- Coy-Lens Mikels: “Dostlarım dedi ki, Azərbaycana getsəm, karyeramı bitirə bilərəm”
- "Arsenal"ın futbolçusu Braziliya klubuna keçə bilər
- İki güləşçimiz döşək üzərinə çıxacaq
- Klublarımızın Çempionlar Liqasındakı rəqibləri bəlli olacaq
- Oyun alqı-satqısında şübhəli bilinən "Mingəçevir"li futbolçuların taleyi BƏLLİ OLDU
0
0