"Marsel"in baş məşqçisi istefaya göndərildi
19.02.2024 - 15:59

"Marsel"in baş məşqçisi Cennaro Qattuzo istefaya göndərilib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib.
Fransa çempionatında "Marsel"in "Brest"ə uduzmasından (0:1) sonra Qattuzo istefaya göndərilib.
Cennaro Qattuzo sentyabrın sonundan etibarən "Marsel"də çalışır. O vaxtdan 24 oyuna çıxan mütəxəssis 9 qələbə, 8 heç-heçə və 7 məğlubiyyət ilə yadda qalıb.
0
0