Martinez “İnter”də qalacaq
04.10.2023 - 12:29

Lautaro Martines “İnter”lə müqaviləni uzadacaq.
Apasport.az xəbər verir ki, bunu argentinalı hücumçunun özü açıqlayıb.
26 yaşlı cənubi amerikalı Milan təmsilçisində qalmağa qərar verib: “Agentim yeni müqavilənin üzərində çalışır. Burada çox xoşbəxtəm. Komandamı dəyişmək üçün səbəb görmürəm”.
Qeyd edək ki, Lautaro 2018/19 mövsümündən Milan klubunda forma geyinir. O, A seriyasının cari mövsümündə 7 oyunda 9 qol vurub.
0
0