Matuidi futbola vida edəcəyi tarixi açıqladı
24.12.2022 - 14:18

Fransalı futbolçu Blez Matuidi karyerasını bitirir.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi sosial media hesabından verdiyi açıqlamada çox sevdiyi futbolla vidalaşmağın vaxtının gəldiyini bildirib.
Klub karyerasında PSJ ilə 4 dəfə Fransa, “Yuventus”la 3 dəfə İtaliya çempionu olan Matuidi dekabrın 31-də “İnter Mayami” ilə müqaviləsi başa çatdıqdan sonra yaşıl meydana vida edəcək.
Qeyd edək ki, yarımmüdafiəçi 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında mundialın qızıl medalına sahib olub.
0
0