Mauro İkardi karyera rekordunu yeniləyib
06.05.2024 - 10:34

Türkiyə Super Liqasının 35-ci həftəsində "Qalatasaray" "Sivasspor"u 6:1 hesabı ilə məğlub edib.
Apaspsort.az xəbər verir ki, "sarı-qırmızılılar"ın qollarını Hakim Ziyeç (2), Dris Mertens (2) və Mauro İkardi (2) vurub.
Mauro İkardi "Sivasspor"a 2 qol vuraraq karyera rekordunu yeniləyib.
Karyerasında bir mövsümdə maksimum 29 qol vuran Mauro İkardi bu mövsüm qol sayını 30-a çatdırıb.
Qeyd edək ki, "Qalatasaray" bu mövsüm liqada 31-ci qələbəsini qazanaraq xalını 96-ya yüksəldib.
0
0