Mbappe yubiley qolunu vurub
08.12.2024 - 14:34

"Real Madrid"in hücumçusu Kilian Mbappe liqa matçlarında 200-cü qolunu vurub.
Apasport.az xəbər verir ki, fransız futbolçunun 200-cü qolu "Jirona" ilə matça (3:0) təsadüf edib.
25 yaşlı futbolçu 261matçda bu göstəriciyə çatıb. Mbappe vurduğu 200 qoldan 175-ni PSJ-də, 16-sını isə peşəkar karyerasında ilk klubu olan “Monako”da vurub.
Ulduz hücumçu "Real"ın heyətində İspaniya çempionatında 9 dəfə fərqlənib.
Qeyd edək ki, Mbappe cari mövsüm başlamazdan əvvəl azad agent kimi "Real Madrid"ə keçib.
- Barış Şimşək: “Hakimlərin “Neftçi” – “Zirə” oyunundakı qərarı ən doğru seçim olmadı” - VİDEO
- 35 il əvvəl Xankəndidə futbol oynamış jurnalist: "Ermənilərlə möhkəm dava düşmüşdü" - VİDEO
- “Qarabağ”ın avrokuboklardan qazanacağı məbləğ müəyyənləşdi
- Renat oynadı, komandası UDUZDU
- Elmar Baxşıyev: "Zaur Axundovun təşəbbüsü ilə buradayam"
0
0